Elektronik musiqi

Elektronik musiqi (ing. Electronic music) və ya elektronikaelektron musiqi aləti və elektron musiqi texnologiyasının köməyi ilə yaradılan musiqi növüdür. İlk elektron musiqi alətləri XX əsrin əvvəllərində ixtira olunmağa başlamışdır. Lakin, elektronik musiqinin sərbəst bir janr kimi tanınmağa başlaması XX əsrin ikinci yarısına təsadüf edir.

Elektronik musiqi, elektron texnologiya və elektromexaniki musiqi alətlərinin yaratdığı səslərin köməyi ilə ifa edilir.

Elektronik musiqi əvvəllər ancaq qərb akademik musiqisi ilə əlaqələndirilsə də, 60-cı illərin sonunda sintezatorların qiymətinin aşağı düşməsi nəticəsində, bu anlayış da tamamilə dəyişmişdir. Bu gün, elektronik musiqi dedikdə, eksperimental musiqidən tutmuş, populyar elektronik rəqs musiqisinə qədər böyük bir janr başa düşülür.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search